Müdrik siyasi xadimin qətiyyəti xalqın xilaskarliq missiyasını müəyyən edir - MƏQALƏ

Sənan Həsənov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,

YAP Fəsəfə İnstitutu Təşkilatının sədri

Qüdrətli siyasi lider amili hər zaman xalqın varlığı, onun özunutəsdiq əzminin ifadəcisi olub. Ona görə də xalqla müdrik siyasi liderin vəhdəti bütün dövrlərdə uğurlu mubarizəni şərtləndirən vacib amildir. Bu gün bir sıra xalqılar zəngin ehtiyyatlara, qədim ənənələrə malik olsalar belə onun iradəsini ifadə edən siyasi liderin olmaması xalqın tarixi taleyini sual altında qoyur. Qlobal dünyanın cağırışlarına cavab vermə anında müstəqil dövlətcilik strategiyasının dayaqlarını onun qarşıya qoyduğu hədəfləri müəyyənləşdirə bilmir. Odur ki, xalqın müqəddəratınin həll edilməsi anında müdrik siyasi xadimin verdiyi qərarlar xilaskarlıq missiyasnı müəyyən edən ən mühüm amildir. Tarixin həlledici anında müstəqilliyimizin əldə edilməsi ilə azərbaycan xalqının müdrik iradəsi güclü siyasi liderlə xalqın vəhdətini bir arada birləşdirdi. Dahi siyasi xadim Heydər Əliyevin müdrikliyi azərbaycan xalqının nicat yolunu və güclü dövlətcilik strategiyasının lokomotivinə cevrildi. Bu strategiya dövlətcilikdə irs və varislik əlaqələrinin Prezident İlham Əliyevin möhkəm iradəsi və planetar təfəkkürlu düşüncələri ilə möhkəmlənmiş, qüdrətli Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirmişdir.

Yaxın tariximizin aci həqiqətləridir ki, SSRİ-nın süqutu ilə dünyanın siyasi arenasina yeni şəraitdə, yeni formatda cərəyan edən erməni şovinizmi, seperatizmi, vandalizmi kimi ən dəhşətli terminlər daxil olmağa başladı. Erməni sindromu ilə bir arada dünyda öz himayədarlarını tapan belə ocaqlar bəşəriyyəti ucurum qarşısına gətirməklə yanaşı, həlli dalana dirənmiş münaqişə ocaqlarını, milyonlarla insanların faciəsinə səbəb olmuş ərazi və milli etnik münaqişləri daha da dərinləşdirmişdir.

Bu gün nə qədər agır olsa belə deməliyik ki, bəşəriyyətin təhlükəsizliyinə təhdid olan bu bəla ilə müstəqilliyimizin ilk vaxtlarından Azərbaycan dövləti və xalqı mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bu mübarizədə isə beynəlxaq siyasətə təsir etmək, ermənilər tərəfindən əvvəlcədən yaradılmış qərəzli informasiya blokadasini yarmaq, həqiqətləri sübut və qəbul etdirmək təbii ki, qlobal və planetar siyasi təfəkkürün gücü ilə mümkün olmuşdur. Bu əzmkarliq, möhkəm iradə, milli təəssübkeşlik, dünyada hümanizm prinsiplərini qorumaq İlham Əliyev fenomeni ilə bir arada öyrənilməli, dərk edilməlidir.

Azərbaycan dövləti öz strateji xəttini son 30 ildə dünyada sülh və sabitliyin qorunmasına dair cağırışları, bəyənatları ilə həyata kecirilməkdədir. Lakin beynəlxalq aləmin Ermənistanın və bunun kimi terrorcu rejimlərin siyasətinə göz yumması, ona rəvac verməsi bir daha göstərir ki, bu gün də dünya ikili standartların buxovunda boğulmaqdadır. Əgər təkcə 1990-cı illərdən bəri Ermənistanda hakimiyyətə gəlmiş rejimlərin xarakterinə baxsaq cinayətkarlıq, diktatorluq, düşməncilik, nifrət və terrorculuq əməlləri hələ də hökm sürdüyünün şahidi oluruq. Bu rejim Azərbaycanın Dağlıq Qarabağ kimi tarixi torpağı ilə bağlı təcavuzkar siyasətini müxtəlif vaxtlarda müxtəlif formatlara dəyişməklə münqişənin həll olunmasına maneə törətməkdədir. 2018-ci ilə qədər olan dövr göstərdi ki, bu illər ərzində müxtəlif səpgili danışıqlar aparılıb, müxtəlif sənədlər qəbul edilmişdir. Bu mərhələdə tərəflər hansısa razılaşmaya yaxın olmaq məqamında qarşı tərəf mövqeyini dəyişərək öz işğalcı əməllərinə haqq qazandırmağa cəhdlər etmişdir. Paşinyanın hakimiyyətə gəlişi ilə isə işğalcı rejim danışıqlar prosesində destruktiv mərhələ yaratmaqla kiçik və iri miqyaslı təxribatlar törədərək siyasi riyakarlıq etmə yolunu tutmuşdur. Bu avanturist siyasətin əsas məqsədi isə danışıqlar prosesini dalana dirəmək, status-kvonu möhkəmlətməyə nail olmaq idi. Bunun ardınca 2019-cu ildə Paşinyan qanunsuz olaraq qondarma “Artsax” adı qoyduqları Dağlıq Qarabağın Ermənistan olduğunu bildirmiş, əslində danışıqlar prosesinə növbəti zərbə vurulmuşdur. 2020-ci ilin mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə mərasimi Azərbaycanın qədim şəhəri Şuşada keçirməklə terrorcu rejim danışılar prosesini tamamilə iflic etmişdir. Bütün bunların gedişini və mahiyyətini Azərbaycan Prezidenti İlham Əliyev müntəzəm olaraq dünya dövlətlərinə və onların rəhbərlərinə catdırmış, izah etmiş və haqlı tələblər qoymuşdur.

Ancaq indiyədək belə özbaşınalığa və təhlükəli tendensiyaya beynəlxalq qurum yaxud dövlətlərin tutarlı mövqeləri ortaya qoyulmamışdır. Onun qarşısının alınmasına dair konkret əməli qərar qəbul edilməmişdir. Deməli Azərbaycanın işğala, terrora məruz qalmasında da məhz bu rejimlərə havadarlıq edənlərin rolu vardır. Hətta bir neçə gün öncə BMT Baş Assambleyasında çıxış zamanı Prezident İlham Əliyev Ermənistanın təxribatları və bu rejimin yenidən müharibəyə hazırlaşması haqqında məlumatlar verərək onun dayandırılmasının vacibliyini diqqətə catdırmışdır. Bütün bunlar dünya birliyinə müdrik siyasi lider tərəfindən bir ismarıc idi. Lakin nəinki təcavuzkara münasibətin olmaması hətta ona şərait yaradılmasının davam etməsi bir daha dünyadakı məkrli qüvvələrin niyyətlərini acıq aşkar göstərdi. Ona görə də erməni terrorcularının yenidən ərazilərimizə hücümuna cavab olaraq azərbaycan xalqının əzəli torpağımızın azadlığı uğrunda mübarizəsi Ali Baş Komandanın qətiyyəti və müdrikliyi ilə mühüm tarixi anda verilmiş qərardır.

30 ilə yaxındır ki, Ermənistanın hec bir qətnamə və beynəlxalq hüquq normalarına məhəl qoymaması, Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edərək azərbaycan xalqını aşağılamaq cəhdləri erməni cinayətkar rejiminin faşist mahiyyətinin nümayişi deməkdir. Bu tarixi mərhələdə güclü siyasi liderin ətrafinda birləşib onun qərarları ilə zəfər yürüşünə başlamağın artıq zamanı yetişmişdir. Bütün dünyaya artıq bəllidir ki, Azərbaycan öz ərazində terrorizmlə, seperatizmlə ümumxalq mübarizəsi aparir. Ona görə də Prezident İlham Əliyev bəyan etdi ki, “əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək".Bu gün dünyanın mötəbər tribunalarında azərbaycan xalqının milli mənafeyini ifadə edən Prezident İlham Əliyev bir daha sübut edib ki, ədalət meyarını pozanlar və ona qarşı cıxanlar özləri ücün ölcü götürməlidirlər. Bu mövqe yüksək diplomat peşəkarlığı ilə Yunanıstanın Azərbaycana təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul edərkən də ifadə olunmuşdur. Belə ki, dövlət rəhbərimizin Yunanıstanın, Kiprin və Ermənistanın hərbi əməkdaşlıq məsələlərinə toxunarkən təcavüzkarın müdafiə olunmasını qeyri-mümkün hesab edərək, eyni zamanda, Yunanıstanın Azərbaycanla əməkdaşlıq etmək marağında olduğunu bildirməklə, bu ölkənin Avropa Birliyi ölkələrindən biri olduğunu xatırlatmış, haqqın, ədalətin tərəfində dayanmalı olduğunu mükəmməl diplomatik dillə onlara anlatmışdır.Cənab Prezident həm də kifayət qədər açıq şəkildə bəyan etmişdir ki,regionda sülhün və ədalətin qorunması yolunda “Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dönməzdir və Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daimi olaraq Türkiyənin yanında olacaq”.

Bu onu göstərirdi ki, Şərqi Aralıq dənizindəki böhranın qarşısının alinmasında Türkiyənin ədalətli mövqeyinin alternativi yoxdur. Azərbaycan dünyanın istənilən yerində qeyri insani və silahlı münaqişələri habelə ədalətsizliyi və terroru pisləyir və qəti şəkildə yolverilməzliyini həm də tələb edir. O cümlədən də Ermənistanın terrorcu siyasəti və onun Azərbaycan torpaqlarında etdiyi vandalizm ümumxalq mübarizəsi ilə ifşa olunacaqdır. Bu gün bütün dünyaya bəllidir ki, faşist ideologiyasını dövlət siyasətinə cevirən hazırda Ermənistan adalanan dövlət bu ideologiyanın təsiri altında bütün dayaqları itirməklə özünütəcrid vəziyyətindədir. Buna Erməni xalqının siyasi liderlərinin “ermənicilik ideologiyası” kimi sərsəm xülyalardan qaynaqlanan, tarixsiz, mövcudluğu olmayan, bəşəriyyətə həmişə ləkə gətirən, saxta və pərdələnmiş siyasi səyaqlamaları başlıca səbəb olmuşdur. Gedən proseslər həmişə göstərib ki, onların həyatındakı qaranlıq və özlərinə də aydın olmayan tarixin mövcudluğu bu topumun yaşam tərzinin və sahib olduğu təfəkkürün bilavasitə göstəricisidir.

İsbata ehtiyacı olmayan digər bir fakt budur ki, Azərbaycan öz hərbi-siyasi-diplomatik gücü ilə ona qarşı yönələn bütün cəbhələri yarmaqla dünyada obyektib informasiya təminatına nail olub. Öz vətəninin azdlığı uğrunda öz tarixi torpaqlarında düşmənlə mübarizəyə girib. Əminik ki, xalq–lider birliyimizin sarsilmazlığı xalqımızın qələbəsini təmin edəcəkdir.

- Bu tarixi anda Ali Baş Komandan İlham Əliyevin əmrləri hər kəs tərəfindən operativ şəkildə yerinə yetirilməli, xalq –siyasi lider birliyinin qələbə yolunda yeganə amal olduğu dərk edilməlidir.

- Biz bu tarixi anda istər daxilimizdə, istərsədə xaricdə Azərbaycan haqqında qərəzli informasiyalar yaratmaq cəhdləri edən, həqiqətlərin qəsdən təhrifi yolunu tutanlara qarşı hər birimiz amansız olmalıyıq.

- Bu gün siyasi əqidəsindən və sosial mənsubiyyətindən asılı olmayarq hər bir vətəndaş Azərbaycanın ədalətli və haqq işi uğrunda apardığı mübarizədə vətənpərvərlik hisslərini təbliğ etməli, öz sahəsində mübarizəni əməli işə cevirməlidir.

- Ermənistanın sərsəm ideologiyasının, işğalcı və vandalizm siyasətinin region, eləcədə bəşəriyyət ücün təhlukəsinin mahiyyəti ziyalılarımız tərəfindən ifşa olunması davamlı xarakter almalıdır.

- Ali Baş Komandan tərəfindən edilən hər bir cağırış xalqımızın birlik mütəşəkkillik simvolu olmalıdır.

Bütün bunlar onu şərtləndirir ki, biz Vətənimiz uğrunda svaşırıq və mühüm tarixi həlledici məqamı yaşayırıq. Bizi bir amal bir əqidə, bir məslək birləşdirir- QƏLƏBƏ, QƏLƏBƏ və QƏLƏBƏ!!!.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...