Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb

Bu il 21 meşə gözətçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyinə görə işdən kənarlaşdırılıb. SİA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, meşədə ağacların qırılması, qanun pozuntusu barədə 221 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə