İctimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə rayon ərazisində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər.

Reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri aşkar olunub. Qaydalar və tələblər onların diqqətinə çatdırılıb. Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi bir daha izah olunub. Bununla yanaşı, edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolu tərtib olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...