“Xalq ən ağır günlərində Heydər Əliyevə tapındı, Onun qüdrətindən güc aldı”

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməyinin 51 ci ildönümüdür. Nikolay Baybakov yazırdı ki, mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir Azərbaycanlı tanımıram. Bu sevgi Ümummilli liderimizin S. Vurğunun məhşur "Azərbaycan" şeirini gözlərindən yaş axa-axa, qəhər boğaraq böyük məhəbbətlə söyləməsində təcəssüm olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər inkişaf, intibah dövrləri kimi xarakterizə olunur.

Hələ sovet dönəmində bütün sahələrdə əldə olunan tərəqqi Azərbaycanı qısa müddətdə keçmiş SSRİ-nin ən qabaqcıl ölkələri sırasına çıxardı.Heydər Əlievin danılmaz əməyi sayəsində ölkəmizdə milliləşmə prosesi sürətlə getməyə başladı. Bu milliləşmə hər bir sahəyə sirayət elədi. Onun iqtisadi siyasəti də xeyli qabağa hesablanmışdı. Tikilən zavodlar, fabriklər, sosial yönlü müəssisələr, təhsil strategiyası, gənc kadrların formalaşması, hərbi təyinatlı təhsil ocağının yaradılması, paytaxtın genişləndilməsi və bu məqsədlə yeni mikrorayonların, yaşayış komlekslərinin salınması, yaşıllaşdırma işlərinin vüsət alması və s, Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, 70-80 ci illərdə Azərbaycanın kənd təssərüfatı sahəsində əldə etdiyi uğurlar keçmiş ittifaq ölkələrinə səs saldı. Üzümçülük, pambıqçılıq, meyvə-tərəvəz sahəsində məhsuldarlıq xeyli artdı və respublikamızın statistik göstəriciləri nümunə kimi göstərilməyə başladı. Artıq Kremldə Heydər Əliyevin işgüzarlığı, aydın məntiqi müzakirələrə çevrilmişdi. Sovet rəhbərliyinin diqqətindən yayınmayan bu hal ermənilərdə qıcıq yaratmağa başladı. Paxıl və xəbis niyyətli ermənilər Heydər Əliyev haqqında anonim şikayətlər təşkil edərək, kremlə teleqramalar göndərir, onu gözdən salmağa cəhd edirdilər. Çünki Azərbaycanın güclənməsi onların xain planlarını alt-üst edirdi. Lakin yaramaz cəhdlər heç bir səmərə vermədi.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Sovetinin Sədrinin 1-ci müavini təyin olundu. Ermənilər bu təyinatdan təşvişə düşərək çirkin niyyətlərini daha da kəskin formada davam etdirdilər. Az bir müddətdə Ulu Öndər Heydər Əliyevin şöhrəti bütün SSRİ-yə yayıldı. Sovet vətəndaşları onu böyük məhəbbətlə, coşğuyla qarşılayırdılar. Mərkəzi Komitənin o vaxtkı rəhbərlərində, o cümlədəndə erməni xislətli Mixail Qorbaçov da qısqanclıq hissləri gücləndi. Nəhayət SSRİ rəhbərliyinə gətirilən M,Qorbaçov və onun erməni havadarları öz xəyanətkar əməllərini reallaşdıra bildilər. Ulu Öndər Heydər Əliyevi tutduğu vəzifədən getməyə məcbur edən erməni komandası bununla da digər çirkli planlarının həyata keçməsi üçün munbit şərait əldə etdilər. Onlar yaxşı bilirdilər ki, nə qədər ki, Heydər Əliyev kremlidə idi, onların istənilən addımının qarşısı alınacaqdı. Məhz elə ona görə də fürsəti fövdə vermiyən ermənilər az bir zaman içində Dağlıq Qarbağa qarşı əsassız torpaq iddiaları ilə çıxış etməyə başladılar.

Qorbaçovlar ailəsi bu işdə ermənilərə hər cür köməklik göstərdilər. 20 Yanvar hadisəsini törədən M. Qorbaçov Azərbaycanlıların əzmini qıra bilmədi. Heydər Əliyev Moskvada, Azərbaycanın daimi nümayəndəliyinə gələrək M. Qorbaçov başda olmaqla bu cinayəti törədənlərin cəzasız qalmıyacağını cəsarətlə bəyan etdi. Süni manelərə baxmayaraq Ulu Öndər Heydər Əliyev Moskvanı tərk edib, vətənə qayıtdı. Qədirbilən Azərbaycan xalqı ən ağır günlərin də Heydər Əliyevə tapındı, Onun qüdrətindən güc aldı. Bir müddət doğulduğu Naxçıvanda yaşayan Ümummili Lider Naxçıvana və Naxçıvanlılara sipər oldu. Ağır günlərini yaşayan Naxçıvan Heydər Əliyevin sayəsində öz nicatına qovuşdu. Azəbaycan da cərəyan edən gərgin ictimai-siyasi mühit Heydər Əliyevi çox narahat edirdi.

O zaman ölkəyə rəhbərlik edən naşı AXC-Müsavat cütlüyü Azərbaycanı dərin bir uçurumla üz-üzə qoymuşdular. Amma xalqın Ümimmili Liderə olan sonsuz sevgisi bəlalardan qurtulmaq üçün Heydər Əliyevə güc, qüvvət verdi. Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən isə vətəndaş müharibəsi ölkəmizin məhvini gerçəkləşdirirdi. Azərbaycan xalqının təkidli tələbiylə hakimiyyətə gələn Heydər Əliyev yenicə əldə etdiyi müstəqilliyi təhlükə altında olan respublikamzı qorudu, saxladı və qısa müddətdə sabitliyi, əmin-amanlığı bərpa etdi. İqtisadi yüksəlişin əsasını qoyan Ümummilli Liderımızın tarıxi xidmətlərindən biridə cənab Prezidentimiz İlham Əliyevə göstərdiyi etimad idi. O ömrünin son günlərin də xalqa müraciət edərək böyük əminliklə onun yarımçıq qalmış işlərini İlham Əliyevin davam etdirəcəyini bildirdi.

Bəli, Heydər Əliyevin ruhu şaddır. Prezident İlham Əliyev Ulu Öndərimizin görmək istədiyi Azərbaycanı qurdu, yaratdı və Onun arzularını gerçəkləşdirdi. Tanrıdan Ulu Öndər Heydər Əliyevə rəhmət, Cənab Prezidentimiz İlham Əliyevə Azərbaycanın rifahı naminə gördüyü məqsədyönlü işlərdə yeni-yeni uğurlar arzulayıram.

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...