Xədicə İsmayılın növbəti erməni sevgisi

Yaxud erməni təxribatlarında Azərbaycanın uğurları Xədicə İsmayılı niyə narahat edir

Ermənistanın hərbi hissələrinin təmas xəttində iyulun 12-dən başlayaraq apardığı təxribat Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısı alındı. Bu isə, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsi idi. Ancaq bu uğurlara qısqanclıqla yanaşan satqın, ermənipərəst Xədicə İsmayılın təxribat başlayan andan sosial şəbəkələrdən çağırışlar etməsi və ABŞ-ın qəzetlərinə məktublar göndərəcəiyi ilə bağlı çıxışları bir daha bu satqının həqiqətən də əsl simasını göstərir. Oxucularımız xatırlayırsa 4 il öncə – ermənilərin 2 aprel təxribatı zamanı da X.İsmayıl ardıcıl olaraq ABŞ-ın "The Washington Post" qəzetinə müraciətlər edirdi. Bu gün də o gün də fikirləşirəm ki, görəsən nədən Xədicə İsmayıl Qarabağdakı uğurlardan narahatdır? Görünür, Xədicə İsmayıl anlayır ki, ümümmilli məsələlərin ortada olduğu bir zamanda onun kimi cırtdan məsələlər unudulacaq.

Haqq nazilər, amma üzülməz

Ancaq ölkənin milli maraqlarını satan Xədicə İsmayıl anlamır ki, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmayaraq növbəti müraciəti də heç bir nəticə verməyəcək. Çünki bu ünsür qondarma hüquq müdafiəçisi Leyla Yunus kimi Vətənə xəyanətin simvolu kimi artıq çoxdan "tarixə" düşüb. Və erməni maraqlarına xidmət etməsini dəstəkləyənlərdəndirlər. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçılmaz sübutdur ki, Xədicə İsmayıl bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Onun əsas məqsədi Azərbaycana qarşı təzyiqləri reallaşdırmaqdır. Ortada daha bir vacib məqamlar da dayanıb. Belə ki, xüsusi qara-qışqırıqları ilə seçilən Xədicə İsmayıl bu üsulun ona səmərə vermədiyini görərək, indi də ABŞ-ın qəzetlərinə məktublarla müraciətlər etməkdədir. Yəni o, bu vasitə ilə özünü "qəhrəman" tipajında sərgiləyir, o cümlədən, Azərbaycana qarşı çıxan müəyyən xarici təşkilatlara siqnallar ötürür ki, Azərbaycan həmin həbslərə görə təzyiqlərə məruz qalsın.

Elə koronavirus epidemiyasının şərtlərinə nəzarət edən polislərin tələbinə qarşı çıxaran onlara “mədəniyyət dərsi” keçməsi də elə bu günlərdə baş verən olaydır. Gör kim mədəniyyət “dərsi” keçir? Hansı əxlaqla, hansı davranışla, hansı mənəviyyatla? Çünki Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar sən Xədicə İsmayılın qaranlıq əməlləri barədə kifayət qədər məlumatlıdırlar. Haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir. Bu gün "Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin" tipli bəyanatlar verən Xədicə İsmayılın da adı Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq, həmişə də xalqın nifrət və həqarətinə düçar olacaq.

Ramil Səfərovun əleyhinə danışan Xədicə ermənilərin Xocalıdakı “humanizmini” niyə xatırlamır?

Hələ 2012-ci ildə “Ramil Səfərov mənim qəhrəmanım deyil”, deməklə erməniyə canıyananlığını göstərən Xədicə İsmayıl yenidən bu sevdasını ortaya qoymaqla gündəmə gəlib. O, sosial şəbəkələr üzərindən etdiyi paylaşımında- “Facebook” statusunda Ramil Səfərovu “biabırçı cinayət törətmiş” şəxs kimi xatırladıb. Hələ bir az da uzağa gedən 5-ci kolonun fəal üzvü iddia edib ki, guya hakimiyyət bilərəkdən münaqişəni uzadır və s. Fikir verin, məhz hakimiyyət deyir, Ermənistan yox! Halbuki, hazırda bütün dünyaya gün kimi aydındır ki, münaqişənin həll olunmasında daha çox cəhdlər edən tərəf, torpağı işğalda olan Azərbaycandır, Ermənistan yox...Təbii ki, ortaya vətəndaş mövqeyi qoyan insanlarımız dərhal onun bu anormal, dostluğunda olan yüzlərlə erməni jurnalist, siyasi fəalların simpatiyasını qazanmaq üçün yazdığı statusuna adekvat cavablar veriblər. Yenə də tutduğunu buraxmayan Xədicə İsmayıl şərh bölümündə də iddia edib ki, Ramil Səfərovun erməni zabitini öldürməsi humanist addım deyil və s. Adama sual verən lazımdır ki, hansı humanizmdən danışırsan ki, Xocalıda körpələrimizin dərisini soyub divara mıxlayan, qadınlarımızın, qocalarımızın başına olmazın oyunlarını açan şəxslər az qala Ermənistan elitasının yarısını təşkil edirlər. Bəs onlara niyə bu cür adam öldürməklə bağlı “humanist” iradlarını bildirmirsən?!

Hansı humanizmdən danışırsan ki, Xocalıda körpələrimizin dərisini soyub divara mıxlayan, qadınlarımızın, qocalarımızın başına olmazın oyunlarını açan şəxslər az qala Ermənistan elitasının yarısını təşkil edirlər. Bəs onlara niyə bu cür, adam öldürməklə bağlı “humanist” iradlarını bildirmirsən?!

Xədicə İsmayıl, əslində sən kimsən?

İnsanlarda Xədicə ilə bağlı yaranmış assosiasiyalar müxtəlifdir. Kimə görəsə qrantyeyən jurnalist və «hüquq müdafiəçisi», digərlərinə görə xarici kəşfiyyat orqanlarının agenti olan Xədicəni bir çoxları ermənilərin tezisləri əsasında fəaliyyət göstərən təxribatçı hesab edirlər. Və bu qrup düşünür ki, Xədicənin ermənilərlə əməkdaşlığa hazır olması təəccüblü deyil. Çünki normal halda etik baxımdan qəbuledilməz sayılan addımları atmaq Xədicəyə "bir qurtum su içmək" kimi asandır. Bu "keyfiyyəti" X.İsmayılın çoxlarında "cılız bazar adamı" təsəvvürü yaratmasına səbəb olur. Ona görə də uzun illər eyni cəbhədə yer aldığı, ötən ilin oktyabrında isə "siyasi məhbus" məsələsində üz-üzə gəldiyi, hətta "ağılsız ambisioz" adlandırdığı Əli Kərimli və Cəmil Həsənli ilə 4-5 ay sonra mitinqdə çiyin-çiyinə "poza verməsi" Xədicə üçün qətiyyən xəcalət çəkiləcək bir nüans deyil. Yetər ki, maraqların uzlaşa biləcəyi bir nöqtə tapmaq mümkün olsun.

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıl onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. İndi bu qınaqdan qorxaq halda qalıbsan. Bəs nə bilirdin? Bir an sənin kimi satqın ermənilərlə işbirliyi quranları indi o qurumlar da qəbul etmir. Necə ki, Gültəkin Hacıbəyli AŞPA-nın kandarına yaxın gedə bilmir. İndi sənin kimilər vaxtı ilə sənə təlimatlar verən bir sıra xarici ermənipərəst qurumlar artıq səni də yaxın qoymurlar. İndi özünə "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi məhbus" biznesinə əl atıbsan. Ortaya düşüb başlamısan vaxtı ilə "getmə gözümdən, gedərəm özümdən" AXCP sədri Əli Kərimliyə qarşı təxribata. O zaman sual yaranır ki, ay erməni maşası, bu statusu nə vaxtdan daşıyırsan? Sən "hüquq müdafiəçisi" yox, qatı, beynəlxalq səviyyəli provokatorsan. Yəqin ki, bu ifadələrlə hər dəfə tanış olduqdan sonra, hər hansı bir izaha da ehtiyac qalmır. Çünki bu gün bu beynəlxalq səviyyəli provokator barəsində nə kimi ifadələr işlədilibsə, haqqına və doğruya işlədilib. Çünki kimsəyə sirr deyil ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqlarının qorunması ilə bağlı lazımi addımları atıb. Bütün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda xaricə satılmış hansısa kəşfiyyatçıya, təxribatçını, ajiotajçını və satqını "hüquq müdafiəçisi" kimi təqdim etməyin özü də bir xəyanətdir!

Başqa bir məsələ isə, ondadır ki, bu, o X.İsmayıldır ki, bütün həyatı boyu onun-bunun əlində oynadılıb. Niyə? Cavab bəllidir. Təki xarici təşkilatlar ona nə edirlərsə, etsinlə, əvəzində qrantını alsın. Neyləsin, bu da belədir də... Bir növ adətkardır. "Buna adətkar olan X.İsmayıl hara gəldi, necə gəldi elə soxur özünü. "Azadlıq" radiosuna da soxulduqdan sonra özünü jurnalist kimi təqdim etdi və başladı Azərbaycana qarşı şər, böhtan atmağa. Min sifət görən X.İsmayıl üçün hər şey qrantla ölçülür - abır, əxlaq, mənəviyyat. X.İsmayılın bundan sonra düzələcəyinə də inam azdır. Çünki onun özü də getdiyi yolu kimi əyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər. Ancaq Xədicəni heç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədicə yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünki həmin donqarın içində yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə