Masallı sakinindən nümunəvi vətəndaş addımı

8 iyul 2020-ci il tarixdə Masallı rayonunun Sığdaş kənd sakini Xanverdi Əlifxan oğlu Həsənov 2019-cu ilin iyul ayında dünyasını dəyişmiş qardaşı Nurulla Əliyevin il mərasimini Nazirlər Kabinetinin tövsiyyələrinə uyğun olaraq mövcud koronavirus infeksiyasının yayılmaması səbəbindən keçirməyib.

Belə ki, X.Həsənov yas mərasimində veriləcək ehsanı xeyriyyə işinə çevirərək qardaşı N.Əliyevin dünyasını dəyişməsinin il mərasimi üçün ehsan olaraq 1 baş iribuynuzlu mal-qara kəsərək hər biri təxminən 2 kiloqram olmaqla, ümumilikdə 65 imkansız və aztəminatlı ailəyə paylayıb.

Xanverdi Həsənovun bu təşəbbüsü və davranışı hər kəs üçün mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq nümunəvi atılmış bir addımdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə