“Dövlət başçımızın xarici siyasəti xalqımıza qurur hissi yaşadır” Saleh Məhərrəmov

“Bu günlərdə böyük bir tarixi hadisənin şahidi olduq. BMT-yə üzv olan 130 ölkənin Azərbaycanın, Onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi bizləri çox sevindirdi. Bu təşəbbüs dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki hər bir ölkə üçün böyük faydası var. Hamımızın bildiyi kimi Azərbaycan Respublikasının Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr çox faydalı bir platforma oldu. İkincisi isə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu”. Bunu SİA-ya açıqlamasında YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının üzvü olan, öz aralarında münasibətləri elə də yaxşı olmayan ölkələr də Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar: “Yəni onları COVID-19 pandemiyasına qarşı mübarizə birləşdirir. Bu amansız virusa qarşı mübarizədə dövlətlərin çoxunun özünütəcridə meylli olması, qlobal təşəbbüs göstərilməməsi, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının problemə yetərincə diqqət yetirə bilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır. Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin nümayış etdirdi. COVİD-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkliatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sadaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. İndiki dövrdə bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar, işğalçı ölkə olduğunu göstərdi. Dövlət başçımızın hər bir uğurlu imzası, diplomatik xarici siyasəti xalqımıza qurur hissi aşılayır. Biz Oğuzlular da bu sevinci yaşadıq. Azərbaycan Prezidenti İlham Əliyevin bu uğuruna rəzil, saxtakar erməni xalqının rəhbərinin, oğru, faşist Paşinyan kimilərin razı olub- olmamasının elə də böyük əhəmiyyəti yoxdur”. S.Məhərrəmov onu da bildirdi ki, bu gün Nikol Paşinyan başqalarına qarşı yalan və əsassız iddialar irəli sürməyə vərdiş etsə də, möhtərəm Prezidentimiz tərəfindən sözün əsl mənasında layiqli cavabını aldı: “Xüsusi ilə də, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrin keçirdiyi Sammitdə dövlət başçımız tərəfəindən rəzil vəziyyətə düşməsi azərbaycan xalqının böyük sevincinə səbəb olub. Belə zərbələrin dəfələrlə şahidi olmuşuq.

Ən əsas isə dövlət başçımızın Ermənistanın faşist baş nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçməklə bütün dünyaya sübut etdi ki, artıq erməni saxtakarlığı keçmir. Ölkəmizdə pandemiyanın yaratdığı problemlər nə qədər ciddi və böyük olsa da, Prezidentimiz azərbaycan vətəndaşlarının sosial və iqtisadi problemlərinə yenə də böyük qayğı, diqqət və həssaslıqla yanaşır. Əhalinin aztəminatlı hissəsinə kompensasiyalarn veilməsi, yeni iş yerlərinin açılması, yeni təhsil, səhiyyə və digər həyat əhəmiyyətli obyektlərin istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Sonda onu bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli təşkilində çox böyük əhəmiyyətli rol oynayacaq”.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...