Bəhram Bağırzadənin ümumi vəziyyətində dəyişiklik baş verməyib

Əməkdar artisti Bəhram Bağırzadənin ümumi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib. SİA-nın məlumatına görə, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur. Müsbət dinamika davam edir".

Onun sözlərinə görə, Bəhram Bağırzadənin huşu aydındır, təyinat üzrə müalicəsi davam etdirilir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə