Kəbutər Hakverdi: "2018-ci ildə bu işə başlayanda insanlar mənə güvənmirdilər" - MÜSAHİBƏ
Həmkarımız, hazırda qardaş Türkiyədə jurnalist fəaliyyətini davam etdirən Kəbutər xanım Hakverdi ilə maraqlı müsahib olduq. Bəlkə də "maraqlı" ifadəsi yerinə düşmür, çünki onun haqqında danışdığı məsələ təkcə Türkiyədə ağır şərtlər altında yaşayan soydaşlarımızın deyil, hamımızın dərdidir. Bəlli olur ki, müxtəlif illərdə Türkiyənin meqapolisi İstanbula özünə "yurd-yuva" qurmaq arzusu ilə köç edən soydaşlarımız özlərinin biganəliyi, səhlənkarlığı ucbatından acınacaqlı duruma düşüblər. Yenə də xeyirxah insanlar və əlbəttə dövlətimiz onlara sahib çıxıb...
- Siz 2018-ci ildən İstanbulda qaçaq yaşayan Azərbaycanlıların siyahıya alınmasını həyata keçirirsiniz. Bu məslə nece oldu ki, gündəmə gəldi?
- 2012-ci ildə tam təsadif nəticəsində öyrəndim ki, İstanbulda azərbaycanlılardan ibarət məhəllər var və bu məhəllərdə yaşayan soydaşlarımız qardaş Türkiyədə heç bir yerdə qeydiyyata düşmədən həm də qanunlardan gizlənərək yaşayırlar. Bu məsələ barədə məlumatlar verilsə və 2017-ci ildən başyaraq intensiv şəkildə problemin həllinə başlandı.
- Azərbaycan Dispora ilə İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi altında həyata keçirilən bu məsələdə çox aktiv rol oynadınız. Konkret sizə hansı vəzife tapşırılmışdı.
- Heç bir vəzifə daşımırdım və indi bütün vəzifələrim ictimai xarakter daşıyır ki, burada belə vəzifəlilərə könüllülər deyilir. Məqsədim buradaki Azərbaycan toplumunun vəziyyətinin yaxşılaşdırılması və ilk növbədə onların yaşayışının qanunlar çərçivəsində davam etməsi idi. Bu, çox geniş və ətraflı danışılacaq mövzu olduğu üçün konkret onu deyim ki, 3 ildə arxivimdə 10 250-dən yuxarı insanın məlumatları var. Hər ailənin ən az iki üzvünün doğum haqqında şəhadətnaməsi yoxdur, yəni bu insanların hansı ölkənin vətəndaşları olmalarını bir kənara qoyaq, mövcud olmaları ilə bağlı heç bir sənəd yoxdur. Və bu insanlar Türkiyə Cumhuriyyəti Prezidentinin, Daxili İşlər Nazirliyi və orqanlarının lütfünə sığınaraq yaşayırlar.
- Artıq Türkiyədə koronavirusla bağlı qadağalar yumşalıb. Amma 3 aydan çox bir müddətdə soydaşlarımız pandemiya dövrünü başa vurmaları daha böyük çətinliklər yaradar, fikrimizcə.
- Əlbəttə. Bu adamlar heç bir iş təminatı olmadan, çalışma icazələri olmadan işləyirlər. Üstəlik bahalı kirayə və kommunal xərclər. Birdən-birə ölkədə karantin elan olundu və iş yerləri bağlandı. Vətəndaşlar və vətəndaşların bəhrələndiyi haqlara malik əcnəbilər təbii ki, böyük çətinliklərlə üzləşmədilər. Bu soydaşlarımız isə birdən-birə aclıq və diğər çətinliklərlə üz-üzə qaldılar. O zaman bütün imkanlı və durumu yaxşı olan qüvvələrimiz hərəkətə keçdilər.
- Nə etdiniz?
- Konkret ev-ev, ailə-ailə gəzdiyim, sənədləşmə işlərində kömək ettiyim ailələr vardı. Özəlliklə Qazi Osman Paşa və Bayrampaşa rayonlarının azərbaycanlılar yaşayan məhəllələrinin ərzaqla təmin olunması üçün təkrar siyahıya almağa başladım. 2018-ci ildə bu işə başlayanda insanlar mənə güvənə bilmirdilər. Çox neqativ hallar baş vermişdi. Saxta sənədləri hazırlanmış, dəfələrlə insanlardan pul yığıb sənədləşmə işlərinə kömək edəcəklərini deyərək onlara fırıldaq gəlmişdilər. Odur ki, biz təkrar toplantılar çağırıb sənədləşmə üçün müraciət edin deyəndə çox az qismi bizə inanmışdı. Amma aradan keçən müddət ərzində ciddi nəticələri görüb inanaraq yaxınlaşırdılar. Bir çox dövlət qurumlarının, özəlliklə Türkiyə Parlamentinin üzvü, Azərbaycan kökənli deputat Şamil Ayrımın köməyi ilə ailələr ərzaqla təmin edildi. Mənim əlimdə olan siyahılardakı ailələrdən demək olar ki, yardım edilməyən qalmadı.
- Bu 3 ay içində həm də çok ağır vəziyyətdə olan xəstələr də vardı, bildiyimiz qədəri ilə.
- Koronadan bir neçə ailə başçısı vəfat etdi. Bu ailələr karantinə alınmaqla yanaşı, bir nəfərin analizdən keçməsi isə ən az 120 manata başa gəlirdi ki, bu məbləğ indiki halda heç bir yerdən bir qəpik gəliri olmayan ailələr üçün böyük puldur. Məcburiyyətdən ölkə başçısı İlham Əliyevə yazılı müraciət edərək ondan kömək istədim. Və əlimdəki məlumatları Azərbaycanın Ankaradakı səfirliyinə göndərdim və ailələr haqqında məlumat verdim. Bu günlərdə həmin ailələrə Ankaradakı Azərbaycan Səfirliyindən zəng edib məlumatları deqiqləşdiriblər və kirayə pullarına, kommunal xərclərə kömək edəcəklərini söyləyiblər. Amma bu ailələrin menəvi olarak yanlarında olsaq da dövlət dəstəyinə ciddi bir şəkildə ehtiyacları var. Bundan başqa 50-yə yaxın ailə var ki, ailə başçısının biri yoxdur və əsasən həyat yoldaşı olmayan qadınlardır. Daha sonra 10 ailəmiz var ki, bir və ya iki uşağı anadangəlmə qüsurludur. Azərbaycan Dostluq Dərnəyi Başqanı Xuraman Ağasısoy və Vəfa Beynəlxalq Yardım Fondunun qurucularından Cümali Keleş bu ailələri himayəyə almağı planlayırlar. Uşaqların dərmanları və bir neçəsinin əməliyyat olunması da Vəfa Fondunun dəstəyi ilə həyata keçiriləcək.
Siyahıyaalma isə davam edir və həyat normala döndükdən sonra yarımçıq qaldığımız yerdən davam edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB