Bu sərnişinlər əllərindəki biletləri yeni biletlərlə dəyişə bilərlər AZAL
"Bu günə qədər bilet almış sərnişinlər əllərindəki biletləri yeni biletlərlə dəyişə bilərlər". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
O deyib ki, bunun üçün sərnişinlərə xüsusi vauçerlər təqdim edilir: "AZAL-ın təyyarəsi ilə gələcəkdə uçmayacağını bildirən sərnişinlərə gəlincə, uçuşların bərpasından 60 gün sonra bütün biletlərin pullarını qaytarmağa hazır olacağıq".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB