Sumqayıtda karantin rejimini pozulması ilə bağlı 155 inzibati protokol tərtib olunub

Sumqayıtda karantin rejimini pozulması ilə bağlı 155 inzibati protokol tərtib olunub

Sumqayıt polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, iyunun 6-da saat 00:00-dan başlayaraq şəhərin bütün küçə, prospekt və yollarına tam nəzarət edir.

SİA xəbər verir ki, bunu Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov deyib. O bildirib ki, indiyədək karantin rejimini pozulması ilə bağlı 155 inzibati protokol tərtib olunub. Protokollardan 10-u tibbi maskadan istifadə edilməməsinə, digərləri isə küçəyə icazəsiz çıxılmasına görə yazılıb. Xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib. Polis sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində sakinlərdən daxil olan bütün müraciətlərə həssas yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə