Azərbaycanda uşaq hüquqlarının qorunması yüksək səviyyədə həyata keçirilir

1950-ci il iyun ayının 1-də Qadınların Beynəlxalq Konfransında uşaqların hüquqlarının təmin edilməsi məqsədilə bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi elan edilib. Azərbaycanda da hər il bu gün qeyd olunur. Bundan əlavə, BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul edilib.

Azərbaycanda uşaqların sağlam, firavan yaşaması, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: Ölkəmizdə uşaqların sağlam,firavan yaşamasına, onarın hüquqlarının yüksək səviyyədə qorunmasını təmin edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamızda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində genişmiqyaslı işlər görülməyə başlandı. Bu dövrdən etibarən uşaqların sağlamlığının qorunması, müasir tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik bazası formalaşdı, Azərbaycan Respublikası Milli Məclisində mühüm qanunvericilik aktları qəbul olundu. Bu mənada “Uşaq Hüquqları haqqında” , ”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” , “Yetginlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunlarının qəbul edilməsini və bu qanunların təkmilləşdirilməsi istiqamətində aparılan işləri xüsusi ilə qeyd etmək lazımdır.

Bu gün uşaqların ən böyük hamisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür:

Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr və proqramlar uşaqların həyatında mühüm rol oynayıb. Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə savadlı vətəndaş kimi formalaşmalarına diqqət yetirmək, onların qayğı ilə əhatə olunması Heydər Əliyev Fondun fəaliyyət istiqamətlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi illər ərzində uşaqlar üçün çoxsaylı səhiyyə obyektləri, təhsil ocaqları, uşaq bağçaları, bədi-yaradıcılıq mərkəzləri, idman və istitahət komplekslərinin tikilməsi istiqamətində çoxsayı layihələr həyata keçirilib, müxtəlif əlamətdar günlərdə və bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə uşaqlar üçün mərasimlər, şənlik tədbirləri keçirilir. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək dəstək”, “Talassemiyasız həyat naminə” və bu kimi layihələr istət təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın uşaqlarla bağlı fəaliyyətində əsas istiqmətlərdəndir.

Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir: Azərbaycan dövləti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi, milli adət və ənənələrimizi yaxşı öyrənməlidirlər. Uşaqların sağlam mühitdə tərbiyə olunması üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan onların dövlət qayğısı ilə təmin edilməsi, zorakılıq hallarının qarşısının alınması kimi vacib məsələlər daim diqqət mərkəzindədir. Azərbaycanda uşaqların xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şərait, göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Uşaqların hüquqlarının qorunması, rifahının yüksədilməsi, sosial müdafiəsinin gücləndirilməsi dövət siyasətinin başlıca istiqamətlərindən biridir. Ümumiyyətlə ölkəmizdə uşaqların hüquqları ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur. Azərbaycan dövləti uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.

Rauf Əliyev, Milli məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə