Türkiyəli diplomat Azərbaycan xalqını təbrik edib - Hüseyn Altınalan

"Azərbaycan xalqının həyatında yeni bir dövr və tarixi olay olan Azərbaycan Xalq Cumhuriyyətinin 102-ci quruluş ildönümünü ən səmimi diləklərimlə təbrik edirəm". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalan Azərbaycan xalqına ünvanladığı təbrikində deyib.

Onun sözlərinə görə, "Şərqin ilk demokratik dövləti olaraq qəbul edilən və ilk olaraq Osmanlı Dövlətinin tanıdığı Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və işğalçı ruslara qarşı azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə edən Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa başda olmaq üzrə bütün şəhidlərimizi rəhmət və minnətlə anır, Allahdan bu torpaqlar üzərində Azərbaycan bayrağının əbədi dalgalanmasını və bir daha bu ölkəni istiqlal mücadiləsi aparmaq zorunda qoymamasını diləyirik". "Bu bir gerçəkdir ki, Azərbaycanın istiqlalı Türkiyənin də istiqlalıdır", – deyən H.Altınalan təbrikini böyük Rəsulzadənin məşhur misraları ilə bitirir: "Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey Şanlı Azərbaycan"

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə