AZİZ İsrail-Azərbaycan arasında körpüdür!

Azərbaycanda tarix boyu müxtəlif xalqlar yaşayıblar. Bunlardan biri də yəhudilərdir. Yəhudilər tarix boyu ölkəmizdə yaşayıb və bu ölkəyə hər zaman xidmət etmişlərdir. İsrail-Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Və bu münasibətlərin təməlini ölkəmizdə hər zaman sülh içində yaşayan Azərbaycan yəhudiləri təşkil edir. Ölkəmizin müəyyən səbəblərdən İsraildə səfirliyi yoxdur. Lakin, buna baxmayaraq Azərbaycandan köçən yəhudilərin qurduğu AZİZ (İsrail -Azərbaycan Beynəlxalq Assosiasiyasının) Azərbaycan həqiqətlərini və Azərbaycanı İsraildə uğurla təbliğ edir. AZİZ-in təsis edilməsində və fəaliyyət göstərməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva böyük rol oynayıb. Qurulduğu andan İsrail və Azərbaycan arasında körpü olan AZİZ çox saylı əhəmiyyətli tədbirlər və konfranslar keçirib. AZİZ həm də İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə Azərbaycanı və Azərbaycançılıq anlayışını da unutdurmur. İsrail kimi, dünyada güclü bir diaspora malik bir ölkədə AZİZ kimi bir təşkilatın varlığı Azərbaycan üçündə çox əhəmiyyətlidir. Bu günlərdə AZİZ təşkilatının 13 yaşı tamam olur. 13 yaşı yəhudi xalqı üçün xüsusi əhəmiyyətə malikdir. Mən də öz növbədə Azərbaycan və yəhudi xalqı adından İsrail və Azərbaycan arasında körpü olan AZİZ rəhbərliyini və üzvlərini təbrik edirəm. Bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm.

Murad Salmanov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...