Ölkədə ümumi 926 nəfər virusa yoluxub 101 nəfər sağalıb

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 101 nəfəri müalicə olunaraq sağalmış, 9 nəfər vəfat etmiş, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılmışdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...