Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib. Bu barədə SİA-ya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, X.Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...