Prezidentin köməkçisi: "Azərbaycanlıların ölkəyə gətirilməsi davam etdirilir"

Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. SİA xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib və xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan Azərbaycan vətəndalarla təmasdadırlar. PA rəsmisi vurğulayıb ki, xaricdə xüsusi ehtyacı olan vətəndaşlarımıza diplomatik nüayəndəlilklər və adidiyyatı qurumlar dəstəklərini davam etdirirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə