Azərbaycan Prezidentindən növbəti humanist addım - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə humanist addım ataraq dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı olan məhkumların ailə üzvlərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkmələri müddətində davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən 176 nəfər məhkum o cümlədən 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Prezidentin bu sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daima humanizm prinsiplərinə əsaslanır: "Yaşadığımız bu çətin günlərdə cənab Prezidentin bu sərəncəmı çox sayda ailələrə sevinc bəxş etdi. Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş aministiya aktları nəticəsində 40 mindən çox azərbaycan vətəndaşı əfv edilib.

Bu sərəncam və koronavirus(COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial-rifah halının yüksəkdə olmsı durur".

Bütün xəbərlər Facebook səhifəmizdə