"Qızdırmanın olması koronavirusa yoluxduğunuz anlamına gəlmir" HƏKİM RƏYİ

“37 dərəcədən yüksək qızdırma koronavirusa yoluxmaq demək deyil. Lakin belə halda həkimə müraciət etmək mütləqdir”. SİA-nın xəbərinə görə, bunu Moskvanın Yoluxucu Klinik Xəstəxanasının aparıcı mütəxəssisi, akademik Viktor Maleev deyib.

“Əgər bədən temperaturunuz 37 dərəcəni ötübsə, o zaman həkimə müracitə etməlisiniz. Amma bu sizin koronavirusa yoluxduğunuz anlamına gəlmir”, - deyə mütəxəssis söyləyib.

O qeyd edib ki, qızdırma digər digər potologiyaların əlaməti ola bilər. Bu baxımdan bütün mənzərənin qiymətləndirilməsi üçün mütəxəssisə müraciət etməyiniz vacibdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə