Fiziki şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 519 699 manat dəyərində ianə edilib. SİA Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı milyarder God Nisanov Fonda 2 milyon manat ianə edib. Professor İlham Rəhimov, God Nisanov və Zarah İliyev bir neçə gün bundan əvvəl Dəstək Fonduna 2 milyon manat vəsait köçürəcəklərini bəyan etmişdilər.
Belə ki, fiziki şəxslər sıraında ən yüksək məbləğdə ianələr edən şəxslərin başında Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Müşfiq Həsənov gəlir.
Dəstək Fonduna yüksək məbləğlərdə ianə edən ilk 15 fiziki şəxs:
1. God Nisanov - 2 000 000
2. Müşviq Həsənov İsgəndər oğlu 180 000
3. İlham Əliyev Heydər oğlu 126 900
4. Mehriban Əliyeva Arif qızı 101 700
5. Şamil Heydərov Hilal oğlu 100 000
6. Mircəlal Paşayev Hafiz oğlu 100 000
7. Rəşad Sadıqov Fərhad oğlu 50 000
8. Rəfiq Bədəlov Rafiq oğlu 50 000
9. Aslan Atakişiyev Adil oğlu 20 000
10. Famin Əfrasiyab 20 000
11. Elvin Musayev Yahya oğlu 20 000
12. Rasim Qasımov 20 000
13. Ruslan Sadıxov Oqtay oğlu 20 000
14. Qurban Qurbanov Osman oğlu 20 000
15. Cəlal Qasımov Ələkbər oğlu 20 000
Qeyd edək ki, hüquqi şəxslər fonunda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 62 481 471 manat ianə edilib. Cəmi 86 001 171 manat Fonda ianə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə