Gənclər onlayn fəaliyyətlərə dəvət olunur “Xocalıya Ədalət”

Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən "Xocalıya Ədalət" Kampaniyasına dəstək məqsədilə Gənclər və İdman Nazirliyi və "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə faciənin 28-ci ildönümünə həsr olunmuş onlayn fəaliyyətlər təşkil edir. SİA-nın məlumatına görə, fəaliyyətlər çərçivəsində Azərbaycan reallıqları, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması üçün bir sıra məlumatlar rəqəmsal və kommunikasiya alətləri yaradılmış və onlayn resursda təlimat formasında yerləşdirilmişdir.

Hər bir gənc bu resursa daxil olaraq öz dəstəyini ifadə etmək üçün "Facebook" sosial şəbəkəsində örtük şəklini dəyişə və profil şəkilinə çərçivəni əlavə edə, poster və infoqrafik məlumatları paylaşa, #JusticeForKhojaly, #Karabakh və #AllforKarabakh həştəqlərindən istifadə edərək tvitlər, postlar yaza, elektron poçt ünvanının imza yerinə "Xocalı" imzasını yerləşdirə bilər. Qeyd edək ki, tivitlər Azərbaycan, ingilis, rus, ərəb və italyan dillərində hazırlanmışdır Kommunikasiya və təbliğat alətlər tarixi Xocalıya Ədalət Kampniyasının rəsmi veb səhifəsinə www.justiceforkhojaly.org istinadən yaradılmışdır.

Təlimat və məlumatları bu linkdən əldə etmək mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasnın-gənclər-və-idman-nazirliyi-gənclərə-iş-şöbəsi/xocalaya-ədalət-kampaniyasına-dəstək/609428146173408/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...