"Koronavirusla bağlı Nazirlər Kabineti tədbirlər planı hazırlayıb"

"Koronavirusla bağlı Nazirlər Kabinetində ilkin mərhələdə tədbirlər planı hazırlanıb". SİA xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, koronavirusun ölkədə yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlərdən danışıb: "Ümumiyyətlə, koronavirus gündəlikdə müzakirə olunan məsələdir. Azərbaycan Respublikası bununla əlaqədar Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyyələrini izləyir, araşdırır və öyrənir. Bununla əlaqədar tədbirlər görülür. Artıq Nazirlər Kabinetində bu mövzu ilə əlaqədar iclaslar aparılıb və ilkin mərhələdə tədbirlər planı hazırlanıb. Bu proses yaxından izlənilir və bu istiqamətdə lazımı tədbirlər görülməkdədir".

Hİkmət Hacıyev bildirib ki, səfərlərin məhdudlaşdırılması ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin vətəndaşlarına münasibətdə müəyyən müraciətlər edilmişdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə