Bu insanların beyni daha kiçikdir ARAŞDIRMA

Elm adamlarının araşdırmalarına görə oğurluq edən, yalan danışan, qol gücünə müraciət edən insanların beyninin daha kiçik olduğu sübut edilib. SİA xəbər verir ki, uşaqlıqdan antisosyal yetişdirilən, şəxsiyyət pozuntusu olan 45 yaşdan yuxarı şəxslərin beyinləri kiçik, beyinlərinin bəzi hissələrində membranlar daha nazik olduğu bildirilib.

Tədqiqatçılar doğulduğu gündən bəri 700 könüllünün nəticələrini araşdırıblar.

Həmin könüllülər üç qrupa ayrılıb:

- Antisosional davranışlarında davamlılıq göstərməyənlər.

- Yalnız yetkinlik dövründə antisosyallar.

- Həyatı boyu antisosial davranış göstərənlər.

Mütəxəssislər araşdırma nəticələrini "Lancet" psixiatriya jurnalında dərc ediblər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə