Psixoloji vəziyyətimiz yediyimiz qidalardan asılı imiş MÜTƏXƏSSİS FİKRİ

Aşağı kalorili pəhrizlər psixoloji təsir göstərə, insanı qəzəbli edə və ya ruhdan sala bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu London Universitetinin psixoloqu Karoline Kamau dilə gətirib.

Psixoloq qidanın insan əhvalına bir başa təsir etdiyinə əmindir.

Onun sözlərinə görə, pəhrizdə yağdan tamamilə imtina etmək insanda hətta depressiyaya səbəb ola bilər: “Xolesterol yalnız zərərli deyil, o həm də bədəndəki serotonin səviyyəsinə təsir edir”.

Mütəxəssis pəhrizdə olarkən qida rasionundan yağlı balıq, zeytun yağı, meyvə və tərəvəzin çıxarılmamasını tövsiyə edir: “Çəkini azaltmaq üçün şirniyyatdan və doymamış yağlardan uzaq durun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə