2400-ə yaxın əlil özünüməşğulluq proqramına cəlb edilib

Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. SİA xəbər verir ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.

İlk mərhələdə onlar üçün təlim kursları təşkil edilib və kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlar öyrədilib. Kursları bitirərək biznes-planlarını müdafiə etdikdən sonra isə mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Əlavə olaraq, daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində dayanıqlı biznesə sahib olmaları üçün işlər aparılıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə