Bəşər tarixini formalaşdıran ən ölümcül epidemiyalar - ARAŞDIRMA -FOTOLAR

Planetimizin hər küncünü digər canlılarla bölüşürük. Bunlara miqyasda mikroskopik olan bakteriyalar, mikroblar və viruslar daxildir. İçlərində bizə kömək edə biləcəklər və sonumuzu gətirə biləcək olanlar da var. Hal hazırda belə bədəninizdə, əllərinizdə, ağzınızda bədxassəli bakteriya və mikroblar var. Məsələn, ölümcül stafilokok bakteriyasının daşınması ehtimalı 25 faizdir. Bu bakteriya sizə zərər verə bilməz, ancaq onu başqasından götürsəniz həyatınızı itirə bilərsiniz. SİA-nın araşdırmalarına görə, immunitet sistemimiz və bugünkü tibbin imkanları çox vaxt bizi qorumaq üçün kifayətdir, lakin bu mikroorqanizmlər dünyada bizdən daha uzun yaşayır və nəsillərini qorumaqda bizdən daha davamlı və sabitdir.

Əlbəttə ki, insanın yaşam mübarizəsini də danmaq olmaz. Böyük itkilər verilsə də, bəşəriyyət indiyə qədər baş verən ən dəhşətli hadisələrdən canını qurtara bilib və öz növünü davam etdirib.

Budur, bəşər tarixini formalaşdıran ən ölümcül epidemiyalar:

1. Antoninus (Galen) epidemiyası
Eramızın 165-180-ci illəri arasında Roma İmperiyasında meydana gələn və şərq ekspedisiyalarından qayıdan əsgərlər tərəfindən gətirilən bir epidemiya xəstəliyi olan Antoninusun vəbası gündə 2000 insanın ölümünə səbəb olan ilk məşhur vəba epidemiyasından biridir. Tədqiqatçılar xəstəliyin bir çiçək və ya qızılca olduğundan şübhələnsələr də, əsl səbəb qeyri-müəyyən olaraq qalır. Epidemiya Roma imperatorları Lucius Verus və Marcus Aurelius Antoninusun ölümünə səbəb oldu, imperiya ümumi əhalisinin 30 faizini itirdi.

2. Yustinian vəbası
İmperator Yustinian 541-ci ildə Konstantinopolda taxta oturarkən Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya, sonra Anadoluya çatıb. Yustinian Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə qoşunların gətirdiyi materiallar arasındakı siçovullar vasitəsi ilə daxil oldu. Siçanların tükləri arasında gizlənən Xenopsylla adlı uçucu bir böcək, Pasteurella pestie adlı ölümcül vəba bakteriyasını mədəsində daşıyırdı. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında sürətlə uçur və çoxalırdılar. İnsan bədəninin istənilən nöqtəsində yerləşdirilən və vəba mikrobuna köçürülən böcəklər yoluxmuş insanların bir neçə gün ərzində ölməsinə səbəb olub. Bir həftə ərzində şəhərdə vəba sürətlə yayılıb və ölümlər başlayıb. Sarayın ətrafı hərbi hissələr tərəfindən karantinə alınıb. Gündə bir neçə yüz olan ölənlərin sayı tezliklə minlərə çatıb. Dəfn yerləri dolduqdan sonra ölülər dənizə atılmağa başlanıb. Saray əsgərlər tərəfindən karantinə alınıb. Xəstəlik öz intervalı ilə irəliləyib və zaman keçdikcə öz-özünə yox olub. Lakin Konstantinopol əhalisinin 40 faizi itirib. Bu, Bizansın işçi qüvvəsini və əsgər sayını itirməsinə, zəifləməsinə və hücumlara açıq olmağına səbəb oldu, bu da Avropanın tarixini kökündən dəyişdirən inkişaflara səbəb olub.

3. Qara vəba
1346-1353 arasında meydana gələn Qara vəba epidemiyasının 75 və 200 milyon arasında insanın öldüyü düşünülür. Dəqiq sayları bilmək mümkün olmasa da, xüsusilə Avropa əhalisinin bu illərdə 30 ilə 60 faiz azaldığı düşünülür.

Kütləvi qırğından sonra cəmiyyətdəki tanrı və kilsənin sorğulanmasına səbəb olan Qara vəba epidemiyasının, həyatın bir çox bölgəsində dində islahatlara və intibahlara səbəb olduğu güman edilir.

4. Amerika yerlilərinin suçiçəyi ilə qarşılaşması
XV əsrdə avropalılar yeni dünyanı kəşf etdilər. Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı tədqiqatçılar, özləri ilə gətirdikləri virus və bakteriyaları yoluxdurdular. Su çiçəyi artıq Avropanın üçdə birini öldürmüşdü, amma immunitetləri avropalılar kimi inkişaf etməmiş və dərman çatışmazlığı olan amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan və yerli əhalinin 90 faizi o dövrdə ölüb. Bu, qitənin Amerikanı avropalılar tərəfindən müstəmləkə etməsini olduqca asanlaşdırıb. 19-cu əsrin əvvəllərinə qədər amerikalı hinduların biri Avropadan gələn xəstəliklər səbəbindən ölüb.

5. Kokoliztli epidemiyası
Meksika olaraq bilinən bölgədə "Yeni İspaniya" adlandırılan XVI əsrdə eyni dövrdə meydana gələn epidemiya, koksiztli yayılması kimi tanınır. Bu gün edilən müayinələr nəticəsində 1520-1576 arasında təxminən 15 milyon insanın ölümünə səbəb olan balıqlarda tapılan salmonella bakteriyasından qaynaqlandığı düşünülür. Bu, Maya sivilizasiyasının sonunun başlanğıcı olub və illərlə Venesueladan Kanadaya qədər yayılıb.

6. Yeddi fərqli Xolera epidemiyası

Sivilizasiya tariximizdə yeddi əsas xolera epidemiyası var idi, lakin bunlardan ən ölümcülü 1852-1860 arasında baş vermiş hadisəsi idi. Xoleranın əsas səbəbi içməli suyun çirklənməsi idi. Uzun müddət insan nəcisi, tullantılar, içmə və yemək üçün istifadə olunan kirli su, su mənbələrinə axıdılıb. Bunun böyük bir fəlakətə çevrildiyi yer o dövrdə Hindistan idi. 2011-ci ildə edilən bir araşdırmaya görə bu gün də dünyanın çirkli çaylarından biri olan Qanq çayında 100 mililitrdə 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət, yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindular bu çayda çimməyin müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən, xolera bu bölgədəki yaygın bir xəstəlik növüdür. Lakin, 19-cu əsrdə baş verən böyük bir epidemiya ilə, bütün Hindistan, Əfqanıstan və Rusiyaya xolera yayılıb. Rəsmi qeydlərə görə, hətta Rusiyada 1 milyon insanın ölümünə səbəb olan epidemiya, oradan Avropa və Afrikaya, nəhayət Amerikaya keçib. Xoleraya yoluxmuş hər 5 nəfərdən 1-də təhlükəli ishal baş verir. Bu insanların yarısı tez bir zamanda müalicə olunmazsa ölür. Vəbanın yeddi başında ölənlərin ümumi sayı bilinməsə də, bunu milyonlarla ifadə etmək mümkündür. Üçüncü epidemiyanın yayılması ilə həkimlər xoleranın səbəbini tapdılar və o vaxtdan bəri içməli suyun təmizlənməsi və qaynadılması lazım olduğu bilikləri dünyada geniş yayılıb.

7. Üçüncü vəba epidemiyası

Çində 1855-1859 illər arasında başlayan və dünyaya yayılan, təkcə Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb olan bu epidemiya Yustinian vəbası və Avropanın qara vəba xəstəliyindən sonra bu epidemiya “Üçüncü vəba” adlandırılıb.Təsirləri bir əsr davam edən epidemiya Amerikanın qitəsinə uzaq şərqdən siçanlarla keçirilib. Əvvəlki bəlalardan fərqli olaraq tibb elmi bu xəstəliyin müayinə olunmasına və xəstəliyi müalicə edən dərmanların yaradılmasına imkan verib. Bu dərmanlara misal olaraq antibiotikləri birinci misal gətirmək olar.

8. Birinci Dünya Müharibəsi zamanı tif xəstəliyi

1914-1918-ci illər arasında Tif bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibə nəticəsində ortaya çıxan bir fenomen idi. Bu epidemiaydan Avropa və Asiyada 25 milyon insan xəstələnib və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan ölüb. Qərb ölkələri epidemiyaya nəyin səbəb olduğunu daha tez başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü.

9. 1918 İspan Qripi pandemiyası

Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş H1N1 qrip virusu dünyada yüksək atəş ilə 50-100 milyon sağlam insanın ölümünə səbəb olub. (Müasir dövrün Donuz Qripi epidemiyası) Bu virusu digərlərindən fərqləndirən şey, hücum etdiyi bədənin immunitet sistemi nə qədər güclü olsa, qızdırma bir o qədər yüksək olardı. İspan qripi bəşəriyyətin ən böyük fəlakətlərindən biri olaraq tarixə keçib.

10. 1957 Asiya qripi pandemiyası
Çində başlayan qrip-A virusunun, ördəklərdə mutasiya edən və insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Eyni vaksinlə epidemiyanın qarşısı alınıb. Bir ildə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrilib.

11. HİV (QİÇS) virusu

20-ci əsrin ortalarında meymunlardan insanlara keçdiyi aşkarlanan HİV virusu 1959-cu ildə Konqoda görülüb.
Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə verilib. Son 30 ildə 36 milyon insanın həyatına son verən virusun müalicəsi üçün hələ də bir həll yolu tapılmayıb. Xəstəlikdən qorunmaq üçün yalnız ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...