Yerevanın mərkəzi kiçik qəza səbəbindən elektriksiz qalıb

Şirkət iki saat ərzində elektrik enerjisini bərpa etməyə çalışacaqlarına söz verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Elektrik Şəbəkələri (ENA) şirkətinin operatoru məlumat verib. Məlumatda bildirilib ki, qəza nəticəsində Yerevanın mərkəzi hissəsində yerləşən 10-dan çox küçə elektrik enerjisiz qalıb. ENA -nın məlumatına görə, "Hazırda yüksək gərginlikli xəttdə elektrik kəsintisi yaşayırıq. Problemin həlli üçün işlər görülür".

Şirkət iki saat ərzində elektrik enerjisini bərpa etməyə çalışacaqlarına söz verib. Mütəxəssislər problemi həll etmək üçün çalışırlar.

Dəmirçyan, Parpetsi, Saryan, Amiryan, Puşkin, Qriqor Lusavoriç, Tumanyan, Vardanants, Hanrapetutyan küçələrində, Maştots prospektində və bitişik ərazilərdə elektrik enerjisi kəsilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə