Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyə edilməsinə başlanılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyə edilməsinə başlanılıb.

SİA ölkəmizin Türkiyədəki səfirliyinə istinadən bildirir ki, hazırda Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin təbii fəlakət bölgəsindən çıxarılması üçün iki avtobus ayrılıb.

Birinci avtobus yerli vaxtla saat 17:00-da Elazığ şəhərindən Azərbaycana yola düşüb. Təbii fəlakət bölgəsindən çıxarılan tələbələrin Naxçıvana aparılması, oradan isə təyyarə ilə Bakıya yola salınması planlaşdırılır.

İkinci avtobus isə Malatya şəhərindən yola çıxacaq. Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımıza da bu xidmətdən istifadə etmək üçün şərait yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...