Səhiyyə naziri Oqtay Şirəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasında sakinləri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

SİA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 24-də Səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar və Göyçay rayon sakinlərini qəbul edib.

Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və sair məsələlərlə bağlı şikayət və müraciətləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə