Lənkəranda zərərli vərdişlərdən qorunması mövzusunda tədbir keçirilib

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə şəhərin R.Bədəlov adına 9 saylı tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzin əməkdaşı Xalid Şəmili, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Bəxtiyar İbayev, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclərin yad dini ideologiyalardan, narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının vacibliyi qeyd edilib. Vurğulanıb ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması olduqca əhəmiyyətlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə