Kamal Cəfərov Sabirabadda 20 Yanvar abidəsini ziyarət edib - FOTOLAR

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 63 saylı Sabirabad 1-ci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamal Cəfərov bu gün rayonda ucaldılmış 20 Yanvar abidəsini və şəhidlərin uyuduğu fəxri xiyabanı ziyarət edib.

“Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, cəmiyyətin, ailənin gücü ilə diktə olunan keyfiyyətdir”, deyə söyləyən Kamal Cəfərov bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq - Vətən uğrunda canlarını qurban veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...