Həkim qayçını əməliyyat etdiyi xəstənin qarnında unutdu Gəncədə şok hadisə

Gəncə şəhərində şok hadisə yaşanıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, həkimlər 1953-cü il təvəllüdlü xəstə Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən qarnında qayçını unudublar.

Belə ki, Laləzar Məmmədova 2019-cu ilin yayında Gəncə Şəhər Təcili Tibbi Yardım Xəsəxanasında qirija və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdiriblər. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova əməkdaşımızla söhbətində bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar: "Özəl xəstəxanadan məni əməliyyat edən Qafar həkim və onun köməkçisi Şəlalə həkimə çox güman deyiblər ki, mənim bədənimdə qayçı qalıb. Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Övladım həkimdən soruşduqda ki, niyə anam əməliyyat edilib, ona tamam başqa söz deyiblər. Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır".

Xəstəni əməliyyat edən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirərkən bildirib ki, hadisədənxəbəri var: "Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə xəstənin vəziyyəti mütamadi nəzarətimizdədir, müalicəsi davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...