Əlillərə 50 avtomobil təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib. SİA xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov 2019-cu ildə ölkəmizdə sosial sahədə inqilabi addımlar atıldığını deyib. Prezident İlham Əliyevin iki sosial islahat paketi nəticəsində minimum əməkhaqqının 2 dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, sosial paketin ümumən 4,2 milyon vətəndaşın rifah halının yaxşılaşdırılmasına ciddi dəstək olduğunu vurğulayıb.

H.Məmişov müharibə əlillərinə yönələn ödənişlərin də əhəmiyyətli dərəcədə artırıldığını bildirib. O, bu kateqoriyadan olan vətəndaşların, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdlərinin də cari ildə orta hesabla iki dəfəyə qədər artıdırıldığını diqqətə çatdırıb. Bildirib ki, nazirlik tərəfindən şəhid ailələri və müharibə əlillərinə ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, 2019-cu ildə isə bu göstəricisi 50 faiz çox olmaqla, həmin vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq böyük hissəsi verilib və qalan mənzil və fərdi evlər də bu ay ərzində veriləcək. Ümumən indiyə kimi 7169 şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi ev verilib.

Qeyd edilib ki, müharibə və 20 Yanvar, Çernobıl AES əlillərinin, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də ildən-ilə gücləndirilir. Bu il həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan 500-ə yaxın avtomobil artıq verilib. Ümumən bu vaxta qədər nazirlik qeyd olunan vətəndaşlara 6465 minik avtomobili təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...