Paytaxt əhalisinə 4,4 milyard manatlıq ödənişli xidmət göstərilib

Yanvar-oktyabr aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3 faiz artaraq 4 milyard 473,9 milyon manat olub. SİA Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 11 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə