Qarabağ müharibəsindən bəhs edən “Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib

Qarabağ müharibəsindən bəhs edən “Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib.

SİA xəbər verir ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Müdafiə Nazirliyi və Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilati, “Elpuc prodakşn”ın texniki dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin qalibi olduğu “Silahlı Qüvvələrimizin Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda göstərdiyi qəhrəmanlıqların təbliği” adlı layihə çərçivəsində çəkilib.

Təqdimatdan öncə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib.

Təqdimat dövlət himninin səslənməsi ilə başlayıb.

Layihə rəhbəri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib ki, filmin çəkilməsində əsas məqsəd gənc nəslə Qarabağ müharibəsi barədə məlumat vermək və Kəlbəcərin 60 000 min dinc əhalisini erməni daşnakları tərəfindən təkrarlana biləcək soyqırımı təhlükəsindən xilas edərək canlarını qurban verən 450 nəfərədək Azərbaycan oğlunun adını əbədiləşdirməkdir.

Tizerdə canlandırılan hadisələr 1993-cü ilin mart-aprel aylarında Kəlbəcərdə baş verib.

Filmin tizerinin rejissoru Samir Kərimoğlu, operator Anar Dadaşov, rəssam Səbuhi Atababayev, aktyorlar Murad Abdullayev, Qorqud Cəfərov, Nuranə Nəcəfova filimlə bağlı öz təəssüratlarını bölüşüblər.

Daha sonra “Aprel” bədii filminin tizeri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...