DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən mütərəqqi islahatların mediada dolğun və obyektiv şəkildə işıqlandırılması, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə birgə müsabiqə elan edir.
Fonddan SİA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda son illər həyata keçirilən əsaslı iqtisadi islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi; gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması; kölgə iqtisadiyyatının aradan qaldırılması; sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyətə çatdıdılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
"Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər"
Müsabiqədə iştirak
Kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara və süjetlərə aid tələblər
1. Dərc olunan yazının və ya yayımlanan süjetin sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı və ya süjet təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Telejurnalistlərin hazırladıqları süjetlər çalışdıqları media qurumunda yayımlanmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməli, süjetlər isə qanunvericiliyə uyğun olaraq rəsmi qeydiyyatdan keçmiş televiziyanın efirində yayımlanmalıdır.
5. Dərc olunmuş yazıda və ya yayımlanan süjetdə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir
Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)
Yazıların qəbul qaydaları
1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə
3.Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
Süjetlərin qəbulu qaydaları
1.Süjetin yayımlandığı televiziya proqramının tam videoyazısı 1 nüsxə (DVD diskdə)
2.Süjetlər 5 dəqiqədən artıq olmamalıdır
Tələb olunan sənədlər
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)
3. Şəxsiyyət vəsiqəsinin surəti,
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı və ya süjet müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların və süjetlərin qəbulu 22 noyabr 2019-cu il tarixində başlayır, 17 yanvar 2020-ci il tarixdə başa çatır.
Yazılar və süjetlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının və ya süjetin dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
I yer üçün 1 nəfər (1500 manat);
II yer üçün 2 nəfər (1000 manat);
III yer üçün 3 nəfər (600 manat)
Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Müsabiqəyə təqdim olunmuş süjetlərin mükafatlandırılması
I yer üçün 1 nəfər (1500 manat);
II yer üçün 1 nəfər (1000 manat);
III yer üçün 1 nəfər (600 manat)
Eyni zamanda, 3 süjet müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
|
Yazının və ya süjetin istiqaməti |
|
|
Yazının və ya süjetin adı |
|
|
Müəllifin adı, soyadı, atasının adı |
|
|
İşlədiyi KİV |
|
|
Vəzifəsi |
|
|
Yazının və ya süjetin yayımlandığı mətbuat orqanı |
|
|
Ünvanı və poçt indeksi |
|
|
-iş telefonu |
|
|
-ev telefonu |
|
|
-mobil telefonu |
|
|
-elektron poçt ünvanı |
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;
Elektron ünvan: [email protected],[email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Lamborghini gələcək superkarın əsas keyfiyyətini açıqladı...
Texnologiya 21:28Xərçəngin qarşısının alınması üçün ən yaxşı qidalar...
Səhiyyə 21:06Alimlər insan üzünün gücünü izah ediblər...
Maraqlı 20:49Elektrik yarımstansiyasında yanğın olub
Hadisə 20:33“Dağıdılma və əzabın qiyməti...”
Dünya 20:05Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
Siyasət 19:56Yeni Amerika müsəlmanı: O kimdir?
Siyasət 19:51Bu an gəlib çatdı...
Dünya 19:27“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib...
İqtisadiyyat 19:07Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb
Hadisə 18:29Rusiya Müdafiə Nazirliyi yalan danışır..?
Dünya 18:27Alsu tatar kökləri ilə fəxr etdiyini bildirib…
Şou-Biznes 18:05Lukaşenko səfərbərlik barədə danışıb...
Dünya 17:58“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib
Mədəniyyət 17:38Gürcüstanda NATO təlimi başlayıb
Siyasət 16:5129 sentyabr – Ümumdünya Ürək Günüdür
Səhiyyə 16:34Qarabağ Universitetindən RƏSMİ AÇIQLAMA
Təhsil 16:345-ci əməliyyat uğurla keçdi
Səhiyyə 16:10İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Siyasət 14:16Rusiyanın müdafiə xərcləri rekord həddə - AKTUAL
Siyasət 14:02Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
Köşə yazıları 13:41İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxıır
Siyasət 13:08Gənclik və Türk dünyasının gələcəyi
Sosial 12:19Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? - KÖŞƏ
Sosial 10:15"Starship" kosmik gəmisi partladılıb
Dünya 04:06Sabirabadda "Prado" 70 yaşlı qadını vurub öldürdü
Hadisə 03:22Yasamalın bu ərazilərində işıq olmayacaq
Sosial 03:05Ankarada yüzlərlə sayt BLOKLANDI
Dünya 02:02Gələn il maaşlar nə qədər artacaq? - AÇIQLAMA
İqtisadiyyat 00:23Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI
Sosial 28 Sentyabr 23:19Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət olundu
Siyasət 28 Sentyabr 23:03"Atletik"dən fantastik gəlir - 192,9 milyon avro!
İdman 28 Sentyabr 22:31Gədəbəyin yeni İcra başçısı kimdir? - DOSYE
Sosial 28 Sentyabr 22:19"Bu yaxşılığı heç vaxt unutmayacayıq" - Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR
Siyasət 28 Sentyabr 22:02Teylor Sviftin keçmiş sevgililəri ilə hələ də yarımçıq işləri var...
Şou-Biznes 28 Sentyabr 21:52“Mən dörd yaşımda oxumağı öyrəndim...”
Sosial 28 Sentyabr 21:28Şahin Mustafayev İranlı nazir Fərzanə Sadiq ilə görüşüb
Siyasət 28 Sentyabr 21:17Demə, yumor depressiyanı müalicə və ya iflic edə bilərmiş..?
Səhiyyə 28 Sentyabr 21:05Kremldə isteriya baş qaldırıb...
Dünya 28 Sentyabr 20:49FTB-nin direktor müavini istefa verdiyini açıqlayıb
Dünya 28 Sentyabr 20:37Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi...
Dünya 28 Sentyabr 20:26Ruslar Kiyevin mərkəzində xəstəxanaya zərbə endirib, yaralılar var
Dünya 28 Sentyabr 20:14İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...
Sosial 28 Sentyabr 20:07Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüş keçirib
İdman 28 Sentyabr 19:52Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı...
Dünya 28 Sentyabr 19:51"Şahed" dronu ilə bağlı hava həyəcanı elan edilib
Dünya 28 Sentyabr 19:46Fişəng zavodunda yanğın baş verib, 5 nəfər ölüb
Dünya 28 Sentyabr 19:33“Ay qadan alım, rus ayısı”nın qadasını ruslar daha almayacaq?..
Dünya 28 Sentyabr 19:29Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



