DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V. Dadaşovun idarə etdikləri "VAZ-2105" və "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərdən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə