Antimilli təfəkkürlü "mühacirlər"

Belə bir sual yerinə düşərdi: "insan da bu qədər daşqəlbli olarmı?" Yəni bu, insanlara aiddir. Yaşadığımız mühitdə adlarını "müxalifətçi" qoyanların bu torpağan havasını udub, çörəyini yeyib sonra da güclü Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətlə beynəlxalq müstəvidə nüfuzunun daha da artdığını görüb, bu uğurları istəməyən bəzi xarici dairələrlə əlbir olub qrantlara satanlar, ancaq əxlaqsız və mənəviyyatsız iblislər ola bilər. Böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin "Daşqəlbli insanları neylərdin, İlahi" şeirində dediyi fikirləri başqa cür deməyimə görə məni bağşlasın. Böyük şairimiz belə demişdi:

Daşqəlbli insanlari neylerdin, İlahi?

Bizdə bu soyuq qanlari neylerdin, Ilahi?

Mən bu insanları daşqəlbli yox, xalqına və dövltinə xəyanətkarlıq edib özlərini satmaqla satılmağı da bacaranları iblis adlandırardım. Lənət olsun, Avropada "siyasi mühacir" adı altında sülənən əxlaqsızlara və mənəviyyasızlara.

Siyavuş Novruzov: "Xainlərə güzəşt olmamalıdır"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, Vətən, xalq təəssübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyasını davam etdirmələri, şübhəsiz, anti-Azərbaycan dairələrin, erməni lobbisinin "ənənəvi layihələr"inin növbəti epizodudur: "Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində, "sapı özümüzdən olan baltaları" tora salaraq, öz çirkin və məkrli oyunlarına alət edərək, respublikamızı hədəfə almaları, uzun illərdir ki, "ənənə" halını alıb. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin

və onlarla işbirliyində olan milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq, zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin, rafayılların, eləcə də, AXCP sədri Ə.Kərimlinin, "Milli Şura"nın rəhbəri C.Həsənlinin, qondarma "hüquq mülafiəçisi" Leyla və Arif Yunusların və onların tör-töküntülərinin, "yaldaşlar"ının, el arasında deyildiyi kimi, "fısları yatacaq". Bu xəyanətkarlar öz ağalarından aldıqları "yemlərini" nəhəng pitonlar kimi udaraq, bir müddət gizlinə çəkilərək, onu həzm etməklə məşğul olacaqlar. Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq, onların dəyirmanına su tökən Vətən və millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın "söyüş makinaları" Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş əxlaqsızlardır".

Elşən Musayev: "Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"

Həyasızlığın həddinə bax ki, belə bir əxlaqsız Leyla Yunus Azərbaycanı cəbhə dövründə yeyib-talayıb, bu gün isə böhtan yağdırır. Cinayət bataqlığında eşələnən L.Yunus, sən o L.Yunus deyilsən ki, hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olmusan. Millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: "L.Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var: "Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni L.Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir".

Bax, bu qədər səbirli olmaq olmaz! Nə qədər alçaq və vicdansız olamalısan ki, Vətənin çörəyini yeyəsən, sonra da başlayasan satqınçılıq etməyə. "Çörəyi dizinin üstündədir" - bax, belələrinə deyirlər. Bir də satqın və Vətən xainindən nə gözləmək olar? Leyla Yunus kimilər dövlət tərəfindən əfv olunsalar da, bu gün yenə də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər. Bax budur, onların əxaqsızlığı, mənəviyyatsızlığı, nəhayət, erməni xislətliliyi. Çünki Leyla Yunusun mahiyyəti, xisləti budur. Bu adamın genetik erməni bağlılığı var və demək ki, həmin genetika əsl gerçəyi, ədaləti, azərbaycanlı-erməni qarşıdurması fonunda, faktiki reallığı inkar etmək gücündədir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə