Ziyafət Əsgərov: “NATO-nun Dağlıq Qarabağla bağlı yekun bir qərarı olmalıdır” - MÜNASİBƏT

Ziyafət Əsgərov: “NATO-nun Dağlıq Qarabağla bağlı yekun bir qərarı olmalıdır” - MÜNASİBƏT

"NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağla bağlı müzakirələr aparılacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib. O, qeyd edib ki, əsas məqsəd münaqişə ilə bağlı qurumda yekun bir qərarın olmasıdır: "Ən əsası biz NATO-da üç-dörd dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəmə çıxardıq. Ətraflı müzakirə olundu. İndi biz bu məsələnin plenar iclasa çıxarılmasına nail olmaq istəyirik. Yəni münaqişə ilə bağlı Azərbaycanın özünün yekun bir qərarı olsun. Bu sahədə mütəmadi olaraq işləyirik".

 

"NATO-da Dağlıq Qarabağla bağlı Alt komitə yarana bilərmi" sualına cavabında Ziyafət Əsgərov: "NATO-da biz onu edə bilmərik. Çünki biz NATO-nun üzvü deyilik və bizim səsvermə hüququmuz yoxdur. Məhz buna görə, bu məsələ çətinləşir. Lakin biz məsələni NATO Parlament Assambleyasının sessiyalarında bir neçə dəfə qaldırdıq. Lakin onlar bizə mədəni şəkildə bildirdilər ki, siz quruma üzv olmadığınız üçün Dağlıq Qarabağla bağlı Alt komitənin yaranması ilə bağlı qurumda müzakirələr aparıla bilməz. Qurum hesab edir ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Biz də öz növbəmizdə bildirmişik ki, onların fəaliyyəti heç bir nəticə vermir və siz bu təşəbbüsü əlinizə alın", - deyə o, cavabında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə