“Xəzər dənizinə atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir”
“Xəzər hamımızındı. Hər birimiz onun təmiz olması üçün məsuliyyət daşıyırıq və onu çirklənmədən birgə qorumalıyıq. Bunun üçün hər kəs özündən başlamalıdır”. SİA xəbər verir ki, bunu ETSN-nin keçirdiyi mətbuat konfransında qurumun mətbuat katibi İradə ibrahimova deyib.
“Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, bizim ona vurduğumuz zərər, atdığımız tullantılar ona özünü bərpa etməyə imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur.
Məqsədimiz Xəzər dənizini çirklənmədən qorumaq və ekoloji durumunu sağlamlaşdırmaqdır. Bu məqsədlə də təbliğat və maarifləndirməyə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB