Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ''Mənim tolerant vətənim'' layihəsinin açılış mərasimi və ilk görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elmir Əlizadə gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib, layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.
Sonra təlimçi iştirakçıları salamlayaraq tolerantlıq haqqında geniş məlumat verib.
Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB