Dünyada 258 milyondan çox insan miqrantdır HESABAT

Dünyada 258 milyondan çox insan miqrantdır HESABAT

Dünyada 258 milyondan çox insan miqrantdır. Bu da dünya əhalisinin 3.4 faizini təşkil edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin hesabatında qeyd olunub.

Hesabata əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49 faiz artıb. Miqrantların 26 milyonu yəni 10 faizi qaçqın və məcburi köçkündür. Miqrantların ən çoxu, yəni 49.8 milyon və ya 19 faizi ABŞ-da yaşayır. Səudiyyə Ərəbistanı, Almaniya və Rusiyada miqrantların sayı təxminən 12 milyon nəfər təşkil edir. Böyük Britaniyada miqrantların sayı 9 milyondur.

2017-ci ilin statistikasına görə, miqrantların 48.4 faizini qadınlar təşkil edir. Qadın miqrantların sayı Afrikadan və Asiyadan başqa bütün bölgələrdə kişilərin sayından çoxdur. Miqrantların 74 faizi əmək qabiliyyətinə malik əsasən 20-64 yaş arasındadırlar. Eyni zamanda, bütövlükdə dünyada əmək qabiliyyətli insanların sayı dünya əhalisinin 57 faizini təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə