634 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatla bağlı müraciət edib

9 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Dövlət Miqrasiya Xidmətindən (DMX) SİA-ya verilən məlumata görə, bunu DMX-nin rəisiFirudin Nəbiyev xidməti müşavirədə deyib.

F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin 9 ayı ərzində 2 072 076 halda 1 243 346 nəfər əcnəbinin respublika ərazisinə girişi, 2 077 544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

Bu ilin doqquz ayında Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

Hesabat dövründə DMX-ə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 66 min 828 müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...