Rabitəçilər “ən peşəkar” adı uğrunda mübarizə aparacaqlar

6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar rabitəçilər arasında "ən peşəkar" adı uğrunda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə bu gün yarış-müsabiqə keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqənin başlıca məqsədi ən peşəkar əməkdaşların müəyyən olunması, onların həvəsləndirilməsi, eləcə də gənclər arasında rabitəçi peşəsinə marağın artırılmasıdır.
İki hissədən (nəzəri və praktiki) ibarət müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir. Qaliblər BTRİB-də yaradılan Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.

Qeyd edək ki, bu gün elan olunacaq qaliblər ümumrespublika yarışında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...