"Öz peşəsinə, vəzifəsinə uyğun olmayan işçilər barəsində tədbirlər görüləcək"-AÇIQLAMA

Dövlət qulluğunda qanunvericiliyə uyğun olaraq sosial müdafiə işçiləri hər 5 ildən bir attestasiyadan keçirilməlidir. SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib. O bildirib ki, attestasiya planına uyğun olaraq, bu proses avqust-sentyabr aylarını əhatə edir. Onun sözlərinə görə, işçilərin, dövlət qulluqçularının sayı çoxdur və attestasiyaya belə çox vaxt sərf olunur.

"Sentyabr ayının sonunda attestasiyanın yekunlaşmasını planlaşdırırıq. Attestasiyanın məqsədi işçilərin ixtisar edilməsi yox, ilk növbədə onların yenidən öz biliklərinin artırılması, yeni biliklərə yiyələnməsi üçün stimullaşdırılmalarıdır. Eyni zamanda, praktika göstərir ki, attestasiya vaxtı öz peşəsinə vəzifəsinə uyğun olmayan işçilər aşkarlanır. Təbii ki, belə işçilər barəsində də tədbirlər görüləcək" , - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə