Ramazan bayramına sayılı günlər qalıb. Bilirik ki, Azərbaycanda bu bayram sentyabrın 9-u və 10-u qeyd ediləcək. Amma buna baxmayaraq, hələ də insanlar arasında bayramın dəqiq hansı günə təsadüf edəcəyi ilə bağlı fikir ayrılığı hiss olunur. Bəziləri bayramın sentyabrın 9-u, bəziləri isə 10-u olduğunu iddia edirlər. Bu qarışıqlığı aradan qaldırmaq üçün SİA olaraq bir neçə axundlla əlaqə saxlayıb bu məsələ ilə bağlı ətraflı məlumat aldıq.
Təzə Pir Məscidinin axundu Hacı Faiz Nağızadə
- Elə insanlar var ki, onlar ötən ayın 11-dən, elələri də var ki, ayın 12-dən oruc tutublar. Belə olan halda ayın 11-dən oruc tutanlar Ramazan bayramını sentyabrın 9-u, 12-dən oruc tutanlar isə sentyabrın 10-u qeyd edəcəklər. Bayram axşamı da bu əsaslarla 8-9-u arasında dəyişir. Azərbaycanda Ramazan bayramı Qurban bayramı kimi müsəlman aləmində ən böyük bayramlardan biri kimi qeyd edilir. Həmin gün bayram namazı qılınır. Bayram namazından sonra qohum-qardaşı ziyarət etmək savabdır. Bundan əlavə, həmin gün fitrə çıxarılır, imkansızlara əl tutulur, xeyriyyə işləri həyata keçirilir. Bayram günü oruc tutmaq haramdı.
Qeyd edim ki, ramazanda fitrənin miqdarı dəyişməzdi. Belə ki, adambaşına 3 kiloqram fitrə nəzərdə tutulub ki, bu arpa, buğda, duyu, kişmiş və ya xurma ola bilər. Fitrəni pulla da əvəz etmək mümkündür. Yuxarıda sadalanan məhsullun 3 kq həcmində pulla da ödəmək olar. Ümumiyyətlə, Fitrə hamıya şamil olunur. Bunu hər bir müsəlman oruc tutub - tutmamasından asılı olmayaraq ödəməlidir. Fitrəni daha düzgün olardı ki, bayram axşamında ödənilsin. Əgər bayram axşamı mümkün olmazsa, onu bayram namazına qədər ödəmək olar. Məsləhət görərdik ki, fitrə ödəyənlər ödəyəcəyi insanı indidən müəyyən etsinlər, çünki onu gecikdirmək olmaz.
İçərişəhər Cümə Məscidinin axundu Surxay Məmmədov
- Bildiyiniz kimi, Ramazan Bayramın dəqiq vaxtı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə həzrətləri Nazirlər Kabineti ilə Prezident Aparatı ilə məsləhətləşdi. Azərbaycan mübahisəli məsələlər də oldu, amma bizim özümüzün Şamaxı rəsədxanamız var. Bu rəsədxanada bu gün müəyyən olunur. Hansı gün ay görünürsə, həmin gün Azərbaycan dindarları, mömünləri bu ayın ətrafında toplaşaraq bayramı qeyd edirlər. Amma bilirsiniz ki, Azərbaycana başqa ölkələrdən təsirlər var. Yəni, hər ölkədə vaxt bir gün təyin olunub. Amma bu barədə artıq ölkə rəhbərliyi tərəfindən gün təyin olunub və bu ayın yəni, sentyabrın 9-u və 10-u Ramazan bayramı günü kimi təyin olunub və insanlar hansı gündə istəsələr bayram edə bilərlər. Amma şəriətdə belə bir qanun var ki, əslində ay görünməmiş bayram qeyd olunmamalıdır. Bunu əvvəlcədən dəqiq deyə bilmərik, ən azından gərək gözləyək və müşahidə edək ki, ay nə vaxt görünəcək.
Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır. Oruc tutmaq vacib əmllərdəndir. Allah-Təala Quranda da buyurub ki, insanlar səfərdə olanda, xəstə olanda tutmadığı oruca görə qəza orucu tutmalıdır. Əgər i1 ərzində insanların problemləri olursa və oruc tuta bilmirsə, o zaman gündəlik yediyi yeməyi dəyərləndirməli, fəqirə və imkansıza yardım etməlidir. Amma bilərəkdən orucu pozmaq 61 gün qəza ilə əvəz olunur.
Fitrə bədənin zəkatıdır. Əgər oruc tutan adam fitrə versə, bu çox gözəldir, amma verməsə də o artıq bədənin zəkatını ödəmiş olur. Qaldı ki, dəyər məsələsinə mən maksimum deyirəm buğda, arpa və ya əgər imkan varsa 3 kq çörək və ya çörəyin əvəzinə xurma, kişmiş verə bilər. İmkan çatmasa onda imkansız adamlara 1 kq çörək dəyərində xurma da verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB