Rusiya xarici işlər nazirinin müavini - stats-katib Qriqori Karasin Azərbaycanın Respublika Günü münasibətilə Moskvada təşkil edilmiş təntənəli qəbulda çıxışında vurğulayıb ki, Rusiya bu ölkədə Azərbaycanın səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyini tam dəstəkləyir.
Rusiya xarici işlər nazirinin müavini deyib: "UNESCO-nun baş katibi vəzifəsinə namizədliyi irəli sürülən dostumuz Polad Bülbüloğlunun seçki kampaniyası Rusiyanın tam dəstəyi ilə bu bahar başlandı. Biz ona ürəkdən müvəffəqiyyət arzu edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB