Siyəzən rayonunda ağacəkmə kampaniyası keçirilib

Siyəzən rayonunda yaşıllıqların artırılması istiqamətində keçirilən tədbirlər artıq ənənə halını alıb. YAP Siyəzən rayon təşkilatının təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirilib. Təşkilatın ətraf ərazisində keçirilən ağacəkmə kampaniyasında rayon təşkilatının fəalları böyük həvəslə iştirak ediblər. Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilib, yeni ağaclar əkilib. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.

Tədbirdə iştirak edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov yaşıllıqlara qulluq və və onların mühafizəsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Rayonda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində bundan sonra davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə