ANAMA: Cocuq Mərcanlıda 2100-ə yaxın qəlpə aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 min 94 ədəd qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Nəticədə 23 min 758 kvadratmetr ərazi (3 min 58 kvadratmetr əl ilə, 10 min 700 kvadratmetr mexaniki üsulla və 10 min kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 47 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikiləcək 151 evin və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 33 ədəd tank əleyhinə mina (9 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1.310.109 kvadratmetr ərazi (426.622 kvadratmetr əl ilə, 380.200 kvadratmetr mexaniki üsulla, 113.000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 390.287 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 5-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5123 ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 1.364.773 kvadratmetr ərazi (481.286 kvadratmetr əl ilə, 380.200 kvadratmetr mexaniki üsulla, 113.000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 390.287 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...