Deputat Sədaqət Vəliyeva seçicilərlə görüşüb FOTOLAR

Deputat Sədaqət Vəliyeva seçicilərlə görüşüb FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb. SİA-nın məlumatına görə, deputat seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial problemləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciət edənlərin probleminə yerindəcə reaksiya verilib və deputat aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, deputatın seçiciləri ilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə